Şəkidə işlədiyi şirkətdən külli miqdarda pul oğurlayan şəxs tutulub.
APress.az xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da şəhər ərazisində fəaliyyət göstərən MMC-lərdən birinə məxsus “Mercedes” markalı avtomobildən 14072 manat pul oğurlamaqda şübhəli bilinən həmin MMC-nin işçisi F.Əliyev saxlanılıb.
Ondan həmin pulla aldığı “Nissan” markalı avtomobil maddi sübut kimi götürülüb.