İsrail Fələstinə 1 milyon peyvənd verəcək – Bu səbəblə…backend
Cəmiyyət
259

İsrail Fələstinə 1 milyon peyvənd verəcək – Bu səbəblə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail istifadə tarixinin bitməsinə az qalmış COVID-19 əleyhinə 1 milyon “Pfizer-BioNTech” peyvəndini Fələstinə verəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu haqda İsrailin Müdafiə və Səhiyyə nazirliklərinin bu gün yayımladığı ortaq açıqlamada qeyd olunub.
İsrailin rəsmi açıqlamasında bu addımın əldə qalan peyvəndlərin israf olmasının qarşısını almaq məqsədilə atıldığı bildirilib. Tərəflər arasında əldə olunan razılığa görə “Pfizer” şirkətinin sentyabr və oktyabr aylarında Fələstinə göndərəcəyi yeni dozalar da İsrailə təhvil veriləcək.
“Pfizer” şirkəti ilə razılaşmadan sonra İsrail əhalisinin təxminən 55%-i hər iki doza peyvəndi qəbul edib.
Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, İordan çayının qərb sahilində və Qəzza zolağında 260 713 nəfər hər iki doza ilə peyvəndlənib.