İranın “Mehr” Agentliyi hücum iddiasını təkzib edərək əsassız xəbər olduğunu bəyan edib.
Ərəb mediasında yer alan xəbərlərə görə, gəmi hücum zamanı böyük ziyan çəkə bilər. Gəminin İsrail tərəfindən raketlə vurulduğunu iddia edən ərəb mətbuatına görə, gəmi Qırmızı dənizin cənubunda Yəmən istiqamətində hərəkət edib.
Yayılan iddialarla bağlı nə İran, nə də İsrail rəsmi açıqlama verib.
Qeyd edək ki, martın 25-də İsrail mediası ölkəyə aid yük gəmisinin Oman körfəzində İran tərəfindən raket hədəfinə alındığını açıqlamışdı. (teleqraf.com)