İsrail İrana qarşı hücum hazırlığına başladıbackend
Dünya
344

İsrail İrana qarşı hücum hazırlığına başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın nüvə bombası sahəsində sıçrayış əldə etməsi ehtimalına qarşılıq olaraq, İsrail İrana qarşı hücum hazırlığına başlayıb.

APress.az Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə İsrailin “Ynet” portalı çıxış edib.

Məlumata görə, İsrailin hərbi-siyasi isteblişmenti hazırda İran nüvə obyektlərinə qarşı hücum imkanlarını müzakirə edir. Hücum hazırlığı planının müzakirəsinə müdafiə naziri Benni Qantz, xarici işlər naziri Yair Lapid və maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi bildirilib. Qantz və Libermanın, xüsusilə, yaxın 5 ildə hərbi büdcəni artırmağı müzakirə etdiyi vurğulanıb.

Portal hazırkı hökumətin eks-baş nazir Benyamin Netanyahunu ordunun hazırlıq səviyyəsini aşağı salmaqda ittiham etdiyini yazıb. Belə ki, onun Trampa güvənərək hərəkət etdiyi və nəticədə İsrail ordusunun təkbaşına fəaliyyət imkanlarını aşağı saldığı bildirilib.