İsrail Qəzza zolağındakı HƏMAS tunellərini məhv etdibackend
Dünya
285

İsrail Qəzza zolağındakı HƏMAS tunellərini məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri 5 günlük hava hücumlarında Qəzza zolağındakı HƏMAS-a məxsus yeraltı tunellər şəbəkəsini zərərsizləşdirdiyini açıqlayıb.

APress.az  qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail ordusu tərəfindən yayımlanan bir videoya görə, son onilliklərdə HƏMAS Qəzza zolağında yaşayış binalarının altında yerləşən tunel şəbəkəsi yaradıb. Tunellər İsrail ərazisinə raket atdıqdan sonra hərəkat döyüşçüləri tərəfindən gizlənmək üçün fəal şəkildə istifadə olunub. Daha sonra tunellər, həm də silah və sursatların yerləşdirilməsinə və daşınmasına imkan verən kompleks bir yeraltı sistemə çevrilib.

İsrail hərbçilərinin hərbi əməliyyatlar zamanı 100 kilometrə yaxın yeraltı tunelləri məhv etməyi bacardığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Qəzza zolağının cənubundakı HƏMAS-a məxsus serverlərin və hərbi texnikanın saxlanıldığı bir tunelin vurulduğu açıqlanmışdı.