İsrailin “Kanal 12” televiziyası ölkənin təhlükəsizlik səlahiyyətlilərinin Qəzzaya hücumların cümə gününə qədər bitəcəyini proqnozlaşdırmadıqlarını açıqlayıb.
APress.az xəbər verir ki. ABŞ prezidenti Co Bayden dünən İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bölgədə atəşkəsə gedən yolda gün ərzində gərginliyin ciddi şəkildə azalacağına ümid etdiklərini bildirib.
Netanyahu isə Baydenə keçirilən əməliyyatları hədəfə çatanadək davam etdirməkdə qərarlı olduğunu söyləyib.
Qeyd edək ki, İsrailin 10 maydan bəri Qəzza zolağına etdiyi hücumlarda 64 uşaq və 38 qadın olmaqla ümumilikdə 217 fələstinli həyatını itirib.
Sfera.az