İsveçin Baş naziri istefa VERDİbackend
Dünya
24

İsveçin Baş naziri istefa VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Baş naziri Stefan Löfven istefa verib.

Unikal.org-un  “The Local Sweden”ə istinadən verdiyi xəbərə görə, Stefan Löfven istefasını mətbuat konfransında elan edib.

“Bu qəbul etdiyim ən çətin siyasi qərardır”, – deyə o bildirib.

Stefan Löfven bu qərarın İsveçin marağına xidmət etdiyini, lakin COVID-19 pandemiyası zamanı növbədənkənar seçkilərin keçirilməsinin əlverişli olmadığını vurğulayıb.

Qeyd edək ki, iyunun 21-də İsveçin Baş naziri Stefan Löfvenə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsi Baş nazirin əleyhinə olub. Belə olan halda Baş nazir ya növbədənkənar seçkilərə getməli və ya istefa verməli idi. Stefan Löfvenin istefasından sonra parlamentin sədri və İsveçin siyasi partiya liderləri arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlar başlayacaq. Danışıqlarda razılığa gəlmək mümkün olmazsa, ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.