İsveçli professor yoxsul ölkələrin vaksinasiya məsələsindəki təhlükəli səhvini açıqladıbackend
Dünya
385

İsveçli professor yoxsul ölkələrin vaksinasiya məsələsindəki təhlükəli səhvini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçli professor Stefan Svartlinq Peterson hesab edir ki, koronavirus peyvəndi alan yoxsul ölkələr çox vaxt təhlükəli bir səhvə yol verir.

 

Sfera.az-ın Pravda.ru-ya istinadla məlumatına görə, “Vetenskapsradion” açıqlamasında Peterson bu səhvin vaksinasiyanın prioriteti ilə əlaqədar olduğunu bildirib.

 

“Dünyadakı bütün tibb işçiləri və risk qrupları vaksinasiya edilmədən uşaqlara peyvənd vurulması məqsədəuyğun deyil. Bu həm mənəvi, həm epidemioloji, həm də maliyyə baxımından yanlışdır”, -deyə professor bildirib.

 

Bundan əlavə, yoxsul ölkələrdə peyvənd sahəsindəki səhvlər mənfi iqtisadi təsirlərə də səbəb ola bilər. Bu arada ÜST, BMT və Oksford Universitetindən olan bir qrup ekpertin fikrincə, yoxsul ölkələrin peyvənd paylaşdırılması ilə bağlı yanlışları ÜDM-nin 33 milyard avro itkisinə səbəb olub