İtaliya klubu Terimə rəsmi təklif göndərməyə hazırlaşırbackend
İdman
285

İtaliya klubu Terimə rəsmi təklif göndərməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim italyanların hədəfindədir.

Offsideplus.az  xəbər verir ki, “Fiorentina” “Cim-bom”un çalışdırıcısını komandasının sükanı arxasına gətirmək istəyir. Klubun milyarder prezidenti Rokko Komissonun 2000-2001 mövsümündə A Seriyası kollektivinə rəhbərlik etmiş Terimi geri qaytarmağı düşünür.

Qeyd edək ki, 67 yaşlı mütəxəssisin “Qalatasaray”la müqaviləsi bu mövsümün sonu başa çatır. Terimin karyerasını “Qalatasaray”da başa vurmaq istədiyi bildirilir.

Xatırladaq ki, 2000-ci ildə “Qalatasaray”la UEFA Avropa Liqasının qalibi olan Fatih Terim növbəti mövsüm “Fiorentina”nı çalışdırmış, 2001-ci ildə isə “Milan”ın baş məşqçisi olmuşdu.