İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edildibackend
Cəmiyyət
771

İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyul ayı üçün “COVID-19 vaksin randevu” elektron xidməti aktiv edilib.

Bu barədə APress.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

İyul ayında COVID-19 xəstəliyinə qarşı peyvənd olunmaq istəyənlər 29 iyun tarixindən etibarən onlayn qaydada növbə götürə bilərlər. Bunun üçün yaşı 18-dən yuxarı olan şəxslər  “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməlidir.

Hazırda Azərbaycan Respublikasında “CoronaVac”, “Vaxzevria”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə edilir.

Məlumat üçün bildirək ki, peyvənd olunmaq üçün növbəti ay üzrə onlayn növbənin götürülməsi cari ayın son günlərindən başlayaraq mümkün olur.

“COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə qaydası ilə  buradan tanış ola bilərsiniz.