“Qarşıdan isti aylar gəlir. İsti aylarda qapalı şəraitdə toy edən zaman, təbii ki, kondisionerlər işləyəcək. Bu hal isə koronavirus infeksiyasının zal daxilində yayılmasına şərait yaradacaq”.
APress.az xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə baş verir?” verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.
O əlavə edib ki, yay aylarında qapalı məkanda toy edilməsi qəbuledilməzdir: “Hesab edirəm ki, növbəti aydan açıq havada toyların keçirilməsinə icazə vermək lazımdır”.