“The New York Times” (NTY) qəzetinin baş redaktoru işçilərə COVID-19-un mənşəyini araşdırmağı qadağan edib.
APress.az xəbər verir ki, bu barədə sözügedən qəzetin jurnalistləri məlumat verib.
NYT-nin işçilərindən birinin sözlərinə görə, 2020-ci ilin əvvəlində qəzetin baş redaktoruna koronavirusun mənşəyini araşdırmaq istədiyini deyib, amma bu barədə yazmağın təhlükəli olduğu barədə cavab alıb.
“COVID-19-un süni şəkildə yaradıldığı və ya laboratoriyadan təsadüfən sızması nəticəsində pandemiyaya çevrilməsi barədə hər hansı bir materialın yazılması müqavimətlə qarşılanıb”, – deyə jurnalist əlavə edib.
Bundan əlavə, nəzəriyyənin müzakirəsi ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən dəstəkləndiyi üçün qadağan edildiyi bildirilib.
Hesab edilir ki, istintaqın qadağan edilməsinin səbəbi pandemiyadan əvvəl “New York Times”ın Çinin hökumət nəzarətindəki nəşrlərindən milyonlarla dollar alması və ÇXR rəhbərliyinin xəttini təbliğ edən məqalələr dərc edtməsi faktı ola bilər.
NYT sözçüsü isə nəşrin ünvanına səsləndirilən iddiaları gülünc adlandırıb.
Unikal.org