Jurnalistlərlə bağlı yeni qərar – Bu qayda ləğv edilirbackend
Dünya
337

Jurnalistlərlə bağlı yeni qərar – Bu qayda ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da jurnalistlərin gizli mənbələri aşkara çıxarılmayacaq.

ABŞ Baş prokuroru Merrik Qarland jurnalistlərin və ya media qurumlarının məhkəmə qərarı ilə mənbələrini açıqlamalarını tələb edən qaydanın ləğv edildiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, eks-prezident Donald Trampın dövründə bir çox xəbərin mənbəyi bu şəkildə ortaya çıxıb.

Baş prokuror bu gün federal prokurorlara verdiyi təlimatda Ədliyyə Nazirliyinin media mənsublarının gizli mənbələrini ortaya çıxarmaq üçün məcburi qanuni proseslərdən istifadə etməyəcəyini bildirib.

Sözügedən yeni qaydanın məxfi məlumatların dərc edilməsinə də aid olması diqqət çəkir.

 

Lakin jurnalistin qorunan sistemlərə girməsi ilə bağlı qeyri-qanuni fəaliyyəti aşkarlanarsa, o, mənbəsini açıqlamağa məcbur olacaq.