Həbib Nurməhəmmədov UFC idman təşkilatının layihəsidir.
Bunu “Instagram” səhifəsindəki canlı yayım zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib.
“Life” portalının məlumatına görə, o, MMA ustasını özünün “Axmat” klubunun təmsilçisilə döyüşə dəvət edib. Kadırov bu qarşılaşmanın təşkili üçün istənilən şərtə hazır olduğunu bildirib.
“Həbib yaxşı döyüşçüdür. O, UFC-də hamını üstələyib. Lakin “Axmat”ın döyüşçüsünü üstələyə bilərmi? Bu, sual doğurur”, – deyə Kadırov bildirib.