Kafe və restoranlar yenidən bağlanacaqmı? – AÇIQLAMAbackend
Cəmiyyət
229

Kafe və restoranlar yenidən bağlanacaqmı? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər.

APress.az BAKU.WS-ə istinadən xəbər verir ki, Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir.

Mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin üzvü Fazil Mustafa BAKU.WS-ə bildirib ki, Ramazan ayında restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı:

“Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür.

Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq, orada nə qədər insanın pul qazandığını görmək olar. Bu insanlar ac qalmalı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq.

Mən təklif edərdim ki, restoranlarda 4-6 nəfərdən çox insan bir masanın arxasında toplaşarsa, məsuliyyətə cəlb olunsunlar. Bu məsələdə say qadağası qoyulmalıdır, amma bütünlükdə restoranları bağlamaq düzgün deyil.

Kimsə ürək dostu və ya ailəsi ilə iftar açmaq istəyirsə, məsafə saxlayır və qaydalara riayət edirsə, burada heç bir problem yoxdur. Bu məsələdə qadağadan çox, məhdudiyyətlər icra olunmalıdır”.