Türkiyənin Səhiyyə Nazirliyi karantin qaydalarında dəyişiklik edib.
APress.az xəbər verir ki, karantin qadağaları koronavirusa yoluxduğu təsdiq olunan və 2-ci doza peyvəndi qəbul edən şəxslərə şamil edilməyəcək. Onlar 3 ay müddətində sərbəst hərəkət edə biləcək.
Bu qayda koronavirusun mutasiyaya uğramış yeni növünə yoluxan şəxslərə və daim koronavirus xəstələri ilə təmasda olan tibb işçilərinə şamil edilmir. //Metbuat.az