Karantin sərtləşdirilir: hansı qadağalar olacaq?backend
Gündəm
335

Karantin sərtləşdirilir: hansı qadağalar olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxmada son günlər baş verən artım, xüsusilə dəfələrlə artıq ölümcül olması ilə seçilən Britaniya ştammının qonşu ölkələrdə aşkarlanması və Azərbaycanda da yayılma ehtimalı Novruz bayramı günlərində məhdudiyyətlərin tətbiqini gündəmə gətirib.

Artıq Operativ Qərargahın 19 mart üçün brifinqi də təyin edilib və brifinqdə bəzi məhdudlaşdırıcı tədbirlərin elan ediləcəyi gözlənilir.

APress.az Axar.az-a istinadla xəbər verir ki, 20-29 mart tarixləri üçün aşağıdakı məhdudiyyətlərin tətbiqi gözlənilir:

1. Yoluxma riskinin ən yüksək olduğu ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq;

 

2. Bayram günlərində insanların ünsiyyətini azaltmaq üçün SMS-icazə sistemi tətbiq ediləcək. Ehtimal olunur ki, günlük evdən çıxmaq üçün icazə limiti 3 saat olacaq.

3. Rayonlara gediş-gəlişə məhdudiyyət tətbiq ediləcək.

4. Kafe və restoranların fəaliyyət saatı qısaldılacaq.

5. Ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq.