Karantinlə bağlı bir sıra məhdudiyyətlər götürüləcək –  ŞƏRTLƏR AÇIQLANDIbackend
Gündəm
733

Karantinlə bağlı bir sıra məhdudiyyətlər götürüləcək – ŞƏRTLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub. Azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub”.

APress.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb:

“Bu müddətdə isə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyili dərəcədə balanslaşdıra bilib. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır. Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlər ilə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır”.

Deputatın qənaətinə görə epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı:

“Məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez və tam açılmasına gətirib çıxara bilər. Bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Artım tempini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırılacağı istisna edilmir”.

Publika.az