Keçmiş baş nazir yenə xəstəxanaya düşdübackend
Dünya
268

Keçmiş baş nazir yenə xəstəxanaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni yenidən xəstəxanadadır.

APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün siyasətçi müayinə olunmaq üçün Milanda yerləşən “San Raffaele” xəstəxanasına gedib. Müayinədən sonra həkimlər növbəti müşahidələr üçün onun xəstəxanada saxlanılmasına qərar veriblər.

“İrəli, İtaliya” partiyasının liderinin səhhətində hansı problemin olduğu açıqlanmayıb.

Xatırladaq ki, ötən il koronavirusa yoluxan S. Berluskoni on gün klinikada müalicə olunduqdan sonra sağalaraq evə buraxılmışdı.