Kəndli öz bağında diri-diri basdırılmış uşaq tapıb – FOTObackend
Dünya
342

Kəndli öz bağında diri-diri basdırılmış uşaq tapıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandanın Kisoro bölgəsində kənd sakini bağçasında diri-diri basdırılmış körpəni tapıb və onu xilas edib.

Redaktor.az bildirir ki, Coviya Nyiranone bağçasında işləyərkən torpaqdan çıxan ayaq görüb. Diqqətlə baxanda bunun başıaşağı basdırılmış uşaq olduğunu anlayıb.

Dərhal yeri qazan qadın uşağı çıxardıb. Körpənin hələ də nəfəs aldığını görən qadın baş verənlər barədə qonşularını və hökuməti xəbərdar edib.

Təqribən bir həftəlik olduğu müəyyənləşən uşaq polis idarəsinə, oradan da xəstəxanaya aparılıb.

Yerli hökumət nümayəndələri təqsirkarı tapmaq və cəzalandırmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.