Kikboksçu yarış zamanı aldığı zərbədən öldü – VİDEObackend
Dünya
245

Kikboksçu yarış zamanı aldığı zərbədən öldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda kikboks üzrə yarışlarda döyüşlərdən biri iştirakçının ölümü ilə başa çatıb.

Sfera.az xəbər verir ki, bu barədə idman jurnalisti Alberto Astudilo özünün tvitterdəki səhifəsində bildirib.
İyirmi beş yaşlı döyüşçü Yoel Kahuskainin ölümünə başına endirilmiş zərbə nəticəsində beyin qanaxması səbəb olub. İdmançını hətta qoruyucu dəbilqə də xilas etməyib.
Yoel Kahuskai görüşün əvvəlində rəqibdən ağır zərbə alıb və nokauta düşüb. Salonda tibb işçiləri olmayıb, buna baxmayaraq döyüşçüyə ilk tibbi yardım göstərməyə çalışıblar. Kahuskai təcili olaraq xəstəxanaya aparıldıqdan sonra həkimlər idmançıya beyin qanaxması diaqnozu qoyublar. Həkimlərin səylərinə və reanimasiya tədbirlərinə baxmayaraq, gənc döyüşçünün həyatını xilas etmək mümkün olmayıb.