Türkiyənin Kayseri şəhərində evlərin birində dəhşətli hadisə meydana gəlib.
APress.az xəbər verir ki, ailəsi ilə birlikdə yaşayan Ziya Ç. adlı şəxs evdə tək olduğu zaman evi yandırmağa cəhd edib.
Ətrafdakıların müdaxiləsi ilə polis, yanğınsöndürmə maşınları və təcili yardım maşınları əraziyə cəlb edilib. Yanğınsöndürənlərin müdaxilə etmək istədiyi evdən ayrılmayan gənc, eyvana çıxaraq dirənib. O daha sonra əlindəki şüşə qırığı parçalarıyla bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib.
azxeber.com