Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? – Müğənni Şəfa haqqında maraqlı faktlarbackend
Şou
379

Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? – Müğənni Şəfa haqqında maraqlı faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün gənc yaşda avtomobil qəzasında həyatını itirən müğənni Şəfa Hüseynovanın doğum günüdür. Sfera.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.Şəfa Hüseynova 1975-ci il martın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Qaraqoyunlu dərəsində müəllim ailəsində anadan olub. 1988-ci ildə ailə Sumqayıt şəhərində məskunlaşıb. 13 yaşlı Şəfa 28 saylı orta məktəbdə təhsil almağa başlayıb. O, ilk dəfə ekranlarda “Sübh şəfəqləri” verlişində görünüb. Türkiyənin Ege Universitetinin filologiya fakültəsinə qəbul olunub. İki ildən sonra isə vətənə qayıdaraq Bakı dövlət universitetində təhsilini davam etdirib.

**Şəfanın adını ədəbiyyat müəllimi olan atası qoyub. Bu ad isə Vidadi Babanlının romanlarından birinin baş qəhrəmanının adı olub.

Gallery

Uşaqlıqdan poeziyanı sevən Şəfa əruzu, şeiriyyəti çox yaxşı mənimsəyib. Özü də şeilər yazırmış. Bir dəfə isə toyda mahnı ifa edən Şəfa insanların diqqətini özünə cəlb edir. O gündən sonra o, müğənni kimi fəaliyyət göstərməyə başlayr.

***

Şəfa Hüseynova bir dəfə ailəli olub. Ailəsi onun evlənəcəyi adamla ailə qurmasına qarşı olub. Lakin, o, həmin şəxsi sevdiyini deyərək onunla nigaha girib. Həyat yoldaşı Anar “N-brothers” qrupunun ilk solistlərindən biri olub. Onların evliliyi cəmi üç ay çəkib. Şəfanın qardaşının dediyinə görə ayrılığa səbəb Anarın Şəfaya qarşı başqa qadınlarla xəyanət etməsi və ondan maddi tələblərinin çox olması olub.

Gallery

Şəfa həyat yoldaşından ayrılsa da onu çox sevib. İfa etdiyi bir çox mahnıları xüsusilə “Geri dön” mahnısını məhz Anar üçün yazıb. Bir dəfə qardaşı onu mətbəxdə keçmiş əri üçün yazılan mahnıya qulaq asıb ağladığı yerdə görüb. Şəfa keçmiş ərini hələ də sevdiyini və mahnını onun üçün yazdığını ağlaya-ağlaya etiraf edib.

***

Həyat yoldaşından, sevdiyi insandan ayrılandan sonra müğənni şəxsi həyatla bağlı hər şeyi unudur. Bütün fikrini sənətinə yönəldir. Onun özü ilə bağlı bircə arzusu olur. Nə zamansa ana olmaq.

Gallery

Şəfanın ən yaxın dostlarından biri müğənni Elton Quliyev olub. Onun sənətə gəlməsində Şəfann çox böyük rolu olsa da, müğənni həyatını itirəndən sonra Elton Şəfanın yaxınları ilə heç zaman əlaqə qurmayıb. Hətta başsağlığı belə verməyib.

***

Müğənni son zamanlar efirlərə çıxmaqdan imtina edirmiş. Daha çox el şənliklərində oxuyurmuş. Bunun əsas səbəbi isə siması ilə bağlı kompleksli olması olub. Burnunu estetik əməliyyat elətdirəndən sonra efirlərə yenidən çıxmağa başlayıb.

Gallery

2005-ci ilin mart aynda 30 yaşı tamam olan müğənniyə ailəsi təmtəraqlı ad günü keçirtmək istəsə də o, qəti şəkildə etiraz edir və bacısına deyir ki, mən bilirəm ki, bu yaş mənə düşməyəcək, elə 30 yaşımda da dünyadan köçəcəm.

***

Əsasən estrada janrında oxuyan müğənninin ən böyük arzularından biri Alim Qasımovdan dərs almaq olub. Ailm Qasımov onun səsini dinləyəndən sonra dərs verəcəyini bildirib. Bunun üçün çox sevinən Şəfa gündəliyinin ilk səhifəsinə bu günü həyatının ən xöşbəxt günü kimi qeyd edib. Sonralar o, muğam ifa etmyə başlayır, qavalla səhnəyə çıxır.

Gallery

Bir dəfə isə Mətanət İsgəndərlinin “Tərk edəcəyəm” mahnısına qulaq asaraq buludları qardaşına göstərib deyir. Mən tezliklə bu dünyadan gedəcəm.

***

Atası “Sarıtel” aşıq havasını çox sevdiyindən Şəfa demək olar ki, bütün el şənliklərində bu havanı ifa edirmiş.

Gallery

O, 2005-ci il dekarbırn 3-də Saatlı rayonuna qohumlarının toyuna ailəsi ilə birgə gedir. Toyda anası ilə də son dəfə şəkil çəkdirir. Geri qayıdanda maşını Şəfanın qardaşı idarə edir və qəza törədir. Həmin vaxtı isə Şəfa başını anasının dizinə qoyub yatıbmış. Onları xəstəxanya çatdırsalar da Şəfanın anası dərhal dünyasını dəyişir. Şəfa isə üç gün komada qalır.

***

Hadisə yerinə çatan Şəfanın digər ailə üzvləri onun üzərindəki zinyət əşyalarının elə hadisə yerindəcə oğurlandığının şahidi olurlar.

Gallery

Şəfa komada olanda ailə üzvləri Alim Qasımovdan xahiş ediblər ki, son dəfə onu ziyarət etsin, bəlkə Şəfa öz kumirini görüb komadan ayılar. Alim müəllim onların sözünü yerə salmayıb xəstəxanaya Şəfanın yanına getsə də müğənni komadan ayılmır və anasının üç mərasimi günü 30 yaşında xəstəxanada vəfat edir./Kulis.az /