Kommunal xidmətlərin özəlləşdirilməsi ilə bağlı DEPUTATDAN VACİB AÇIQLAMAbackend
Gündəm
477

Kommunal xidmətlərin özəlləşdirilməsi ilə bağlı DEPUTATDAN VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kommunal xidmətlərin özəlləşdirilməsi ilə bağlı məsələ zaman-zaman aktuallaşsa da hələ də öz həllini tapmayıb. Bəs görəsən problem nədədir? Kommunal xidmətlər özəlləşdirilərsə onların fəaliyyəti hansı qaydada tənzimlənə bilər?

Mövzu ilə bağlı APress.az-ın suallarını deputat Anar Məmmədov cavablayıb. Deputat bildirib ki, Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər özəlləşdirilə bilər: “Lakin bu sahədə əsas problemlər özünümaliyyələşdirmə, özünüidarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır. Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Zənnimcə artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçməlidir. Bu sahədə islahatlar isə təbii ki mütləq lazımdır. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünüinkişaf və özünüidarəetmə sistemi yaransın. Xüsusilə özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək”.

A.Məmmədov bildirib ki, dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir: “İndiki vəziyyətdə xidmət sahələrinin özəlləşdirilməsi də açıq qalan məsələlərdəndir və bu məsələyə tezliklə baxmaq lazımdır. Planlı şəkildə hissə-hissə özəlləşdirməyə getmək lazımdır. Amma yaxşı olar ki, ilk öncə pilot layihələr həyata keçirilsin. Əgər pilot layihələr özünü doğruldarsa, ardınca mərhələ-mərhələ tam özəlləşməyə keçmək lazımdır. Çünki kommunal xidmətlər birdən-birə özəlləşdirməyə verilsə, sonra bu sahələrdə vəziyyət daha da pisləşər. Özəlləşdirmənin ən mühüm tərəfi keyfiyyətdə dəyişikliyi hiss etmək ola bilər. Məsələn, ilk növbədə xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda kommunal sahələrin özəl əllərdə olması nəticəsində həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. Qısaca, kommunal xidmətlərin özəlləşdirilməsi, bu sahədəxidmət keyfiyyətinin artması ilə yanaşı şəffaflığın yaranmasına gətirib çıxaracaq. Kommunal özəlləşdirilərsə, xidmətlərin yüksək səviyyəyə gəlməsi ilə yanaşı, həm də bu sahədə özəl investisiyanın artımı müşahidə olunacaq. İkincisi də, elə sahələr var ki, onların yatırım və investisiyalara ehtiyacı var, o sahələrə maddi yatırımlar qoymaqla vəziyyət düzələ bilər”.