Rejissor Nail Naiboğlu pandemiyadan söz açıb.
APress.az sia-ya istinadən xəbər verir ki, rejissor koronavirus xəstəliyinin onun maddi gəlirinə heç bir təsir etmədiyini bildirib: “Koronavirus xəstəliyi başlayandan maddi durumumda dəyişiklik olmayıb. Yəni pul baxımından əziyyət çəkmirəm. Allaha şükürlər olsun ki, mənə pandemiyanın heç bir mənfi təsiri olmayıb. Mən də pul baxımından hər şey yaxşıdır.
Toylar olmasa da, müğənnilərimiz klip çəkdirir. İşlərim ard-arda olur. Mən də maddi gəlir əldə edirəm”.