Koronavirus barədə bədbin proqnoz-6 ay sonra…backend
Dünya
298

Koronavirus barədə bədbin proqnoz-6 ay sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moderna” dərman şirkətinin icraçı direktoru Stefan Bancel koronavirus pandemiyası barədə bədbin proqnoz verib.

APress.az-ın xəbərinə görə, o bildirib ki, pandemiya yaxın aylarda bitməyəcək. Üstəlik koronavirusun yeni növləri ortaya çıxacaq:

“Dünya miqyasında yeni növlərin ortaya çıxması davam edir. Gələcək 6 ay ərzində cənub yarımkürəsində qış aylarında koronavirusun çox sayda yeni növlərinin ortaya çıxacağını gözləyirik”.

Bancelin sözlərinə görə, pandemiya ilə mübarizədə əlavə peyvəndlərə ehtiyac var. İcracı direktor “Moderna” şirkətinin son 5 ayda 1,7 milyard dollarlıq peyvənd satdığını bildirib.

Qeyd edək ki, pandemiyanın yaxın 1 il ərzində səngiyəcəyinə dair fikirlər səsləndirilmişdi.

Metbuat.az