“Xalqlar karantinə etiraz etməsə, bundan sonra daha betəri gəlir”.
APress.az Sfera.az-a istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın Prezident Təqaüdçüsü olan təcrübəli araşdırmaçı Joel Kotkinin yeni məqaləsindəndir.
Məqalədə iddia edilir ki, koronavirusla bağlı qlobal karantin sadəcə bir sınaqdır. Əsl, hərtərəfli və həmişəlik karantin bundan sonra gələcək, özü də başqa bəhanə ilə – iqlim dəyişməsi təhlükəsi bəhanəsilə.
Demokratiyaya, insan haqlarına, hətta bəşəriyyətə nifrət edən, dünyada əhalinin azaldılması məqsədilə ekoliji diktatura qurmaq istəyən çox zəngin və nüfuzlu “yaşıllar” hərəkatının təhlilini edən Joel Kotkinin məqaləsi ingiliscə olduğu üçün burada bircə iqtibas gətiririk:
“İqlim təhlükəsi adı ilə ən sərt karantini yuxarıdan aşağıya zorla tətbiq etmək lazım gələcək, çünki xalqlar bunu istəmir. Covid-19 məsələsində də bu belə oldu. Bunun üçün insanlara iqlimlə bağlı fövqəladə vəziyyət hissi aşılanmalıdır. Olduqca sərt iqlim karantini yeritmək istəyən siyasi rəhbərlər kütləvi itaətsilik göstərən ifratçı ekoloji fəallardan ibarət qruplardan dəstək də ala bilərlər”.