Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı – Hamı bu kişidən danışırbackend
Dünya
251

Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı – Hamı bu kişidən danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniyanın Bristol şəhərində yaşayan 72 yaşlı, Deyv Smit adlı şəxs başına gələn inanılmaz hadisəni “The Guardian” qəzetinə danışıb. 
APress.az xəbər verir ki, 290 gün ərzində 7 dəfə xəstəxanaya yerləşdirilən və PCR testi 42 dəfə müsbət çıxaraq inanılmaz rekorda imza atan Deyv Smit COVID-19-a ən uzun müddət yoluxmuş şəxs kimi tarixə düşüb.
Bir çox britaniyalı kimi koronavirus epidemiyasının ilk dalğasında yoluxan Deyv Smit o zamanlarda xəstəliyi məğlub edən bir çox insan kimi ümidli olub.
Lakin virusdan uzun müddət ərzində sağa bilmədiyini deyən Deyv Smit həyat yoldaşı ilə birlikdə 5 dəfə cənazə mərasimini planlaşdırmaq məcburiyyətində qalıb.
Vəziyyəti hər dəfə ağırlaşdıqda ümidsiz şəkildə xəstəxanaya yerləşdirilən Deyv öləcəyinə inanıb və ailəsini yanına çağıraraq onlarla dəfələrlə vidalaşıb.
Məlumata görə, təqaüddə olan sürücülük müəllimi Deyv Smitin virusdan qurtulması üçün ABŞ-ın eks-prezidenti Donald Trampa vurulan və istifadəsi hələ təsdiq olunmayan “Regeneron” antikorundan istifadə edilib.
Həkimlər Böyük Britaniyada istifadəsi təsdiqlənməmiş bu dərman üçün xüsusi icazə alaraq onu müalicə ediblər.
Sfera.az