Koronavirus xəstələri üçün qidalanma ilə bağlı tövsiyələrbackend
Dünya
351

Koronavirus xəstələri üçün qidalanma ilə bağlı tövsiyələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun müalicəsi və bərpa mərhələsində bədənin daha yaxşı işləməsi və antikor istehsalı üçün ət deyil, balıq və süd məhsulları yeyilməlidir.

APress.az xəbər verir ki, bu barədə Rusiya Qidalanma, Biotexnologiya və Təhlükəsizlik Federal Tədqiqat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əti azaldın, onu həzmi daha asan olan və zülal dəyəri baxımından ekvivalent olan balıq və süd məhsulları ilə əvəz edin.

Rusiyalı ekspertlərin fikrincə, xəstəlik zamanı asanlıqla həzm olunan qidanı bitki yağı ilə bişirmək daha yaxşıdır. Maye rejiminə riayət etmək də lazımdır – gündə ən azı iki litr su için. Həm mineral, həm də qazsız su içə bilərsiniz. Bundan əlavə, bərpa üçün lazım olan vitaminlərə də laqeyd yanaşmaq olmaz.

Qeyd olunub ki, zərərli qidalanma immuniteti zəiflədir, bədənin virus və bakteriyalarla mübarizə aparmasının qarşısını alır.