Koronavirus xəstələrinə qulluq üçün insanabənzər robot yaradıldı – VİDEObackend
Dünya
280

Koronavirus xəstələrinə qulluq üçün insanabənzər robot yaradıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanabənzər robot Sofianı yaradan Honkonq alimləri səhiyyə sektorunda istifadə ediləcək yeni bir robot təqdim ediblər.

APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qreys adlanan robot yaşlılara və ya təcrid olunmuş “COVID-19” xəstələrinə qulluq etmək üçün inkişaf etdirilib.

Qreys Asiya üz cizgilərinə və qəhvəyi saçlara sahibdir, mavi tibb bacısı forması geyinir. Sinəsində xəstənin temperaturunu ölçən bir termal kamera mövcuddur.

Robot diaqnostika üçün süni zəkadan istifadə edir, ingilis dilində danışa bilir və çin ləhcələrini bilir.

Təşəbbüskar Devid Henson açıqlamasında belə bir robotun pandemiya zamanı tibb işçilərinin işini asanlaşdıra biləcəyini bildirib.

“Hanson Robotics” və “Singularity Studio”nun direktoru David Leykin sözlərinə görə, Qreysin beta versiyasının avqust ayına qədər kütləvi istehsalına başlanacağı planlaşdırılır.