Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.
Bu barədə Unikal.org-a Niyaməddin Musayev açıqlamasında bildirib. Xalq artisti tamamilə sağaldığını və yaxşı olduğunu da dilə gətirib:
“20 gün xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni sağaltdı. Onlara minnətdarlığımı bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm”.