Koronavirusa yoluxan müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadədən xəbər var.
Xəstəxanadan Unikal.org-a verilən məlumata görə, hazırda sənətçinin və həyat yoldaşının vəziyyəti normalaşmağa doğru gedir.
“Hər ikisinin vəziyyəti yaxşıdır. Fəxrəddin artıq reanimasiya şöbəsindən çıxarılıb. Sənətçi və həyat yoldaşı palatada müalicələrini davam etdirirlər”,- deyə açıqlamada bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Covid-19-a yoluxan müğənni və həyat yoldaşının səhhətləri ağırlaşdığı üçün gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.