Koronavirus pandemiyasının episentri olan və 200 mindən çox insanın öldüyü Hindistanda vəziyyət günü-gündən pisləşir.
APress.az unikal.org-a istinadən bildirir ki, hindistanlı koronvirus xəstəsi olan anasını xəstəxanaya apararkən çətin anlar yaşayıb.
Belə ki, gənc lazimi tibbi yardımı ala bilmədiyi üçün anasını motosikletdə xəstəxanaya aparıb. Lakin qadın yolda keçinib. Gənc oğlan ona sarılmış anasının cansız bədəni ilə bir müddət hərəkət etmədən dayanıb.
Gəncin ürəkdağlayan görüntüsü dünya mətbuatında gündəm yaradıb.