“Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır” – Prezidentin köməkçisibackend
Gündəm
382

“Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır” – Prezidentin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

APress.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir”, – deyə o, qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.