Vietnamda Koronavirusun Briyaniya və Hindistan ştammını birləşdirən yeni variant aşkarlanıb.
APress.az “Son Dakika”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Nguyen Thanh Long məlumat verib.
Nazir bildirib ki, yeni variant açıq havada daha yoluxucudur və sürətlə yayılır.
O, bu ştamma yoluxanların sayını açıqlamayıb. Amma yaxın günlərdə hesabat verəcəyinə söz verib.