“Koronavirus Birləşmiş Ştatların bioloji laboratoriyasından yayıla bilər. Rusiya buna görə məsuliyyət məsələsini qaldıra bilər”.
APress.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spileri Vyaçeslav Volodin səsləndirib.
“ABŞ-ın əlaltıları olan dövlətlərin susmasından irəli gələrək bir nəticəyə gəlmək olar – onların laboratoriyasından virus sızmasının baş verdiyi tam aydındır”- deyə bildirib. Spiker ABŞ-ı koronavirusun yayılmasına səbəb ola biləcək tədqiqatları dayandırmağa, eləcə də, pandemiyadan zərər çəkən ölkələrə kompensasiya ödəməyə çağırıb.
“Bəli, virusu Uxanda aşkar ediblər. Lakin oradakı laboratoriya kimindir? Amerikanın. Onlar onu maliyyəlşdidirdilər”, – spiker vurğulayıb.