Koronavirusun “Britaniya” ştammı 132 ölkədə aşkarlandıbackend
Dünya
338

Koronavirusun “Britaniya” ştammı 132 ölkədə aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

vİlkin olaraq Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı, son iki həftə ərzində daha iki ölkədə aşkar edilib və belə ölkələrin ümumi sayı 132-yə çatıb.

APress.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.
Qeyd olunub ki, Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammının yayılma coğrafiyası 82 dövlətə qədər genişlənib, ilk olaraq Braziliya və Yaponiyada aşkarlanmış P. 1 ştammı isə hazırda 52 ölkədə dövr edir.
ÜST-nin məlumatına görə, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı dekabr ayından dövr edir.
Sfera.az