Koronavirusun ən təhlükəli variantına bu vaksin təsir edəcəkbackend
Dünya
303

Koronavirusun ən təhlükəli variantına bu vaksin təsir edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Koronavirusun Delta variantı bütün ölkələrdə, xüsusən Böyük Britaniya, ABŞ və Rusiyada sürətlə yayılmaqda davam edir və COVID-19 yoluxmaları üzrə ən çox yayılmış variant olmağa doğru gedir. Bu isə Delta variantına da peyvəndlərin təsir edib-etməyəcəyi sualını ortaya çıxarıb.
“BionTech” şirkətinin Baş icraçı direktoru Uğur Şahin şirkətin illik ümumi yığıncağındakı çıxışı zamanı COVID-19-un Delta variantından da danışıb.
Sfera.az xəbər verir ki, Uğur Şahin “BioNTech” peyvəndinin Delta variantına qarşı təsirli olduğunu bildirərək hazırda peyvəndin yeni növə uyğunlaşdırılmasına ehtiyac görmədiklərini söyləyib.
Koronavirusun yeni variantları haqqında əldə etdikləri məlumatların gündən-günə artdığını söyləyən Uğur Şahin peyvəndlənmiş insanların virusa qarşı immunitetinin zaman keçdikcə azaldığını və bu müddətlə birlikdə yeni variantların ortaya çıxdığını qeyd edib.
“Pfizer” ilə birgə 2021-ci il üçün 3 milyard doza peyvənd istehsal etməyi planlaşdırdıqlarını qeyd edən Uğur Şahin bu rəqəmin 2022-ci ildə daha da artacağını deyib. O, “BioNTech” şirkətinin sözügedən peyvəndlərin azı 50%-ni istehsal edəcəyini diqqətə çatdırıb.
Türkiyəli elm adamı insanlarda virusa qarşı immunitetin artması üçün 3-cü doza peyvəndin qəbulunu mühüm hesab etdiyini vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş mütəxəssisi Soumya Svaminatan bir neçə gün əvvəl verdiyi açıqlamada COVID-19-un ilk dəfə Hindistanda təsbit edilən Delta variantının dünyada dominant növə çevrilə biləcəyini bildirib.