Koronavirusun mövsümi qripdən fərqi nədədir? – AÇIQLAMAbackend
Gündəm
354

Koronavirusun mövsümi qripdən fərqi nədədir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus və qripin çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur. Koronavirusla adi qrip viruslarını necə fərqləndirmək olar? Bu sual bir çoxları üçün maraq doğurur. Mütəxəssislər koronavirusun mövsümi qripdən bir neçə fərqinin olduğunu deyirlər.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla BiG.AZ-a açıqlama verib:

“Hazırda insanların maska taxması ilə əlaqədar olaraq, mövsümi qripə çox az rast gəlinir.

Burada ancaq soyuqdəymə əlamətləri üzə çıxır: produktiv öskürək, bəlğəm gəlməsi, yuxarı tənəffüs yollarının tutulması və s.

Əgər koronavirusda boğaz ağrısı, burunun quruması, dad-iy bilmənin itməsi, bel ağrıları, əzələ ağrıları, ümumi toksikasiya üstünlük təşkil edirsə, mövsümi qripdə isə produktiv öskürək və s əlamətlər özünü göstərir.

Lakin daha dərindən əmin olmaq üçün mütləq analiz verilməlidir.”