“Kriti Elmar” tutuldubackend
Cəmiyyət
385

“Kriti Elmar” tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda avtoritet saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cinayətkar aləmdə “kriti Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.