Kürəkəni qızını döydü – qudasını və 3 nəfəri GÜLLƏLƏDİbackend
Dünya
338

Kürəkəni qızını döydü – qudasını və 3 nəfəri GÜLLƏLƏDİ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda gündüz saatlarında dəhşətli cinayət hadisəsi baş verib.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Bəyoğlu ərazisində qudalar arasında düşən dava ölümlə nəticələnib. Belə ki, qızının əri tərəfindən döyülmə xəbərini eşidən ata,onların evinə yollanıb.

Məhəllədə çoxlu adam görüncə ata narahat olub. O, qızının kürəkəni tərəfindən küçədə döyüldüyünü görüb. Bu zaman Mürsəl Ağrı qızını kürəkənin əlindən alıb və onunla mübahisə etməuyə başlayıb. Əraziyə oğlanın qohumları gəlib. Qohumlar qayınata və kürəkən arasında yaranan mübahisəni sakitləşdirmək əvəzinə, müdaxilə ediblər. Nəticədə onlar arasında dava yaranıb.

Qohumların gəlinin atasını döyməyə başlayıblar. Lakin Mürsəl Ağrı üzərində daşıdığı silahla bir-bir onları güllələyib. Hadisə nəticəsində kürəkən, quda, kürəkəninin əmisioğlu və yaxın qohumu yerindəcə keçinib. Cinayət anı anbaan kameralara əks olunub. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Şəxslərin cəsədləri tibbi ekspertizaya göndərilib. Mürsəl Ağrı isə polis tərəfindən saxlanılıb.

O, polislərə açıqlamasında, “Ölməmək, üçün öldürdüm”, -deyərək, cinayəti bu səbəbdən törətdiyini etiraf edib. Polis araşdırmalara başlayıb. Qayınatanın işi isə məhkəməyə göndərilib.