Dağıstanın paytaxtı Mahaçqalada 49 nəfər qida zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə gazeta.ru Dağıstan Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.
Qeyd edilir ki, zərərçəkənlərdən 27-si uşaqdır. Xəstələrin vəziyyəti yüngül və orta ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Zəhərlənmənin baş vermə səbəbləri və infeksiyanın ocağı araşdırılır./Oxu.az