Laçında faciəvi şəkildə həlak olan hərbçilərimizin FOTOLARIbackend
Cəmiyyət
547

Laçında faciəvi şəkildə həlak olan hərbçilərimizin FOTOLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

APress.az xəbər verir ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobilinin idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşməsi nəticəsində avtomobildə olan hərbi qulluqçular – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Vəfat edən hərbçilərimizin fotolarını təqdim edirik.

Qeyd edək ki, hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.