Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn ediləcəkbackend
Cəmiyyət
259

Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sfera.az-a məlumat təsdiqlənib.

Bildirilib ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.