Bu barədə APress.az-a hərbi qulluqçuların ailəsindən bildirilib.
“Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, – ailədən bildirilib.
Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Hər iki hərbi qulluqçu Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək.