Laçında qəzada həlak olan hərbçi dəfn edildi – FOTObackend
Gündəm
339

Laçında qəzada həlak olan hərbçi dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 28-də Laçın rayonu ərazisində avtomobil qəzasına düşərək həlak olan hərbçilərdən biri, Coşqun Zeynallı dəfn edilib.

APress.az xəbər verir ki, C.Zeynallı dünən Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.