Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qırğızıstan və Tacikistan Xarici İşlər Nazirləri Ruslan Kazakbaev və Sirociddin Muhriddin ilə telefon danışıqları aparıb.
APress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov tərəflərin Qırğızıstan-Tacikistan sərhədində tənzimləmə barədə razılaşmalarını məmnuniyyətlə qarşılayıb.
“Rusiya Qırğızıstan və Tacikistanla strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq bu prosesə bütün lazımi köməyi göstərməyə davam etməyə hazırdır”, – məlumatda qeyd olunub.