Lavrovu kimin əvəz edəcəyi bilindi – Putin komandasında nə baş verir?backend
Dünya
288

Lavrovu kimin əvəz edəcəyi bilindi – Putin komandasında nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəzifə verilən üç qubernator Şoyquya yaxın kadrlardır, hakimiyyətdə daha ciddi kadr dəyişiklikləri gözlənilir.

Son günlər Rusiya prezidenti Vladmir Putin üç qubertatoru vəzifəsindən azad etməsi diqqət çəkib.

Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubertaror “könüllü olaraq istefa” verib. Diqqəti çəkən əsas məqam isə hər üç qübernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır.

İstefaya gedənlərdən biri on gün əvvəl Rusiya prezidentinin istirahətə getdiyi, müdafiə nazirini yerlisi Tuvanın başçısı Şolban Kara-Ooldur. Kara-Ool qubertator vəzifəsini 14 il il oturub. Yeni seçkilərədək onun yerinə Vladislav Xovalıq tutacaq.

“Könüllü istefaya” gedən ikinci məmur Ulyanovsk qubernatoru Sergey Morozdur. O, istefasını payızda keçiriləcək parlament seçkilərində iştirakla əlaqələndirib. Təhliliçilərinin fikrincə, bu Kremlin keçmiş Ulyanovsk qubernatorunu cəzalandırmayacağı anlamına gəlir, ancaq ona qarşı ittihamlar var və sakit təqaüd gözləməyə də bilər. Ulyanovsk qubernatoru vəzifələrini müvəqqəti yerinə yetirmək Aleksey Russkiyə tapşırılıb. O, bir dönəm kommunistlərin Dövlət Dumasında təmsilçisi olub, amma iddialara görə, Ulyanovskın yeni sahibinin atası müdafiə naziri Sergey Şoyquya yaxındır və “Tuva klanı”na daxildir.

Həftəsonu Şimali Osetiyanın yeni başçısı təyin olunmuş Sergey Menyailo da hərbçidir. Siyasətə Krımın ilhaqından sonra hərbidən gəlib. Sevastopolun admiral-qubernatoru vəzifəsindən sonra Sibir federal dair

əsinə prezidentin xüsusi nümayəndəsi təyin ediliib. O, Sergey Şoyqu ilə əlaqələndirilən üçüncü qubernatordur.