Çində rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun “FCKNG QRNTN” (Lənətə gəlmiş karantin) yazılı maska taxması diqqət çəkib.
APress.az qafqazinfo-ya istinadla xəbər verir ki, Lavrov sözügedən maskanı taxaraq fotoşəkil və video da çəkdirib. Kadrlar xarici işlər nazirinin Çinə səfəri zamanı Quylin əyalətini ziyarət edərkən çəkilib.
Maskanın Lavrova jurnalistlər tərəfindən hədiyyə olunduğu bildirilib.