Lerikdə molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söyübmüşbackend
Cəmiyyət
281

Lerikdə molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söyübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Feyruz qızı Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.

APress.az xəbər verir ki, mərhumun doğmaları hadisənin bəzi detallarını Sputnik Azərbaycan-ın əməkdaşları ilə bölüşüblər.
Zəkifə Fərziyevanın atası Feyruz Fərziyev xəbəri eşidib hadisə yerinə gedəndə kəndin mollasının özünü şübhəli apardığını və çox həyəcanlı olduğunu görüb:
“Gördüm ki, bu Murad həyətdə qalıb, mənim ona baxdığımı görüb özünü itirdi və ərazidən uzaqlaşdı. Qətli onun törətdiyini düşündüm, çünki bir müddət əvvəl rəhmətlik qızım bu “molla”nın nalayiq davranışından bizə şikayət etmişdi. Murad bir dəfə qızımgilin həyətinə gedib, uzanıb cavan uşaqlarla bir yerdə siqaret çəkməyə başlayıb. Zəkifə də: “Sən molla adamsan, burada sənin tay-tuşun yoxdur. Gəlib burada niyə uzanmısan?” – deyə irad bildirib. Sonra isə bu hadisəni gəlib öz anasına danışıb. Yoldaşım da gedib Muradın həyat yoldaşına deyib və mollanı biabır edib.
Sfera.az